RUSİYA

Rusiya ilə İsrail arasında mühüm anlaşma

Putin və Netanyahu xarici döyüşçülərin Suriyadan çıxarılması məsələsində razılıq əldə edib
Sputnik

BAKI, 28 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putin ilə İsrail baş naziri Benyamin Netanyahu xarici döyüşçülərin Suriyadan çıxarılması üçün birgə müqavilə bağladıqlarını açıqlayıblar. Bu barədə Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir.

Politoloq: “Suriya məsələsində Ankaranın mövqeyində hər hansı dəyişiklik yoxdur”

Netanyahu Moskvaya gələrək Rusiya prezidenti ilə görüşüb. Görüşdə Suriyada vətəndaş müharibəsini müzakirə edən iki lider birgə çalışmaq qərarı alıb. Alınan qərara görə, Rusiya və İsrail xarici döyüşçülərin Suriyadan çıxarılması üçün başqa ölkələrlə birlikdə bir qrup yaradacaq.

Netanyahu görüşün səmərəli keçdiyini bildirib: "Aramızdakı birbaşa əlaqə münaqişələrin və qarşıdurmaların olmamasını və bölgəmizdəki sabitliyi və təhlükəsizliyi təmin edir".

Diplomatik mənbələr Putinin İsrailin Suriyadakı əməliyyatlarına məhdudiyyət qoymadığını iddia edib.