Gələcəkdən gəldiyini deyən şəxsdən sensasion proqnoz

2250-ci ildə orta insan ömrü 120 ilə çatacaq
Sputnik

BAKI, 28 fevral — Sputnik. 2250-ci ildən gəldiyini söyləyən və adını açıqlamayan şəxs tezliklə insanların 120 il yaşayacağını söyləyib.

Bakıda ərəblərin olduğu lift qırılaraq yerə çırpıldı — FOTO / VİDEO

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, gələcəkdən gəldiyini iddia edən şəxs növbəti 100 ildə bir sıra dəyişikliklərin olacağını da proqnozlaşdırıb. Onun sözlərinə görə, bəşər tarixi 2050-ci ildə qida qıtlığından daha çox təsirlənəcək. 2098-ci ildə dəniz suyunun səviyyəsinin yüksəlməsi ilə əlaqədar olaraq bir sıra ölkələrin vətəndaşları başqa ərazilərə köç etmək məcburiyyətində qalacaq. Gələcəkdə insan sayının artması nəticəsində torpaq çatışmazlığı yaranacaq. İnsanların yaşayış yeri ilə təmin olunması üçün su altında və yerin altında şəhərlər inşa ediləcək.

2150-ci ildə bütün işləri bizim əvəzimizdən süni intellekt görəcək.

2168-ci ildə Saturn planetinin süni peyki olan Titanda mikroblar aşkarlanacaq və bizim kainatda tək olmadığımız sübuta yetiriləcək.

Yadplanetlilərlə indiyə qədər görüşməməyimizin səbəbi bilinəcək. Belə ki, buna yüksək səviyyəyə çatan yadplanetlilərin özlərini məhv etməsi səbəb olub.

“Gələcəkdən” gələn adamın sözlərinə görə, belə bir aqibət Yer kürəsini də gözləyir.

2250-ci ildə orta insan ömrü 120 ilə çatacaq.