Prezident Küveyt rəsmilərini təbrik edib

"Ümidvaram ki, Azərbaycan-Küveyt münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir"
Sputnik

BAKI, 25 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin rəsmi şəxslərini milli bayramları münasibətilə təbrik edib. 

Sputnik Azərbaycan Prezidentin saytına istinadən təbrik məktublarının mətnini təqdim edir:

"Küveyt Dövlətinin Vəliəhdi Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha

Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib

***

"Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha

Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və firavanlıq diləyirəm".

*** 

Nikol Paşinyan İlham Əliyevin "tələ"sinə düşdü – Ermənistanda acı etiraf

"Küveyt Dövlətinin Baş naziri Əlahəzrət Şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha

Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Küveyt münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah arzulayıram".