İDMAN

Üç yüzədək hərbçi terrorçu imiş

Hərbçilərn həbs edilməsi üçün İstanbulda və 59 digər rayonda əməliyyatlara başlanılıb
Sputnik

BAKI, 22 fevral — Sputnik. FETÖ terror qruplaşmasının Türkiyə Silahlı Qüvvələrində (TSK) təşkilatlanmasına qarşı əməliyyat keçirilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fətullahçı Terror Təşkilatının TSK təşkilatlanmasına istiqamətlənmiş əməliyyatda təşkliat daxili ünsiyyət məqsədi ilə ödənişli xəttlərdən istifadə edən, aralarında 2 polkovnik, 1 leytenant,10 kapitan, 73 baş leytenant və 8 leytenant olan 295 hərbçinin həbs ediməsi qərarı verilib.

Onlardan 22 nəfəri Jandarma idarəsinin, 147 nəfəri Quru qüvvələrinin, 27 nəfəri Hava qüvvələrinin, 91 nəfəri Dəniz Qüvvələrinin, 8 nəfəri Sahil Təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.

Hərbçilərn həbs edilməsi üçün İstanbulda və 59 digər rayonda əməliyyatlara başlanılıb.

Əməliyyat davam edir.