SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mehriban Əliyeva vacib qonağı qəbul edib

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında səhiyyə, ekologiya və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib
Sputnik

BAKI, 22 fevral — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 22-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Birinci vitse-prezident Mehriban Əliyevaya “Qurani Kərim” hədiyyə edilib

Sputnik Azərbaycan xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva artıq üçüncü dəfədir Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşdüyünü bildirərək, ölkəmizlə Böyük Britaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsində Baronessa Emma Nikolsonun töhfəsini qeyd edib.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında səhiyyə, ekologiya və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Birinci vitse-prezident ölkəmizdə aparılan islahatlardan, Azərbaycanda ekologiyaya dair icra edilən dövlət proqramlarından danışıb, səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.

Mehriban Əliyeva vacib qonağı qəbul edib

Baronessa Emma Nikolson İraqda etnik azlıqların musiqilərinin notlara köçürülməsi ilə bağlı Heydər Əliyev Fonduna müraciətini diqqətə çatdırıb.

Fondun prezidenti Mehriban Əliyeva bu müraciəti məmnuniyyətlə həyata keçirməyə hazır olduqlarını vurğulayıb.