BAKI, 21 fevral — Sputnik. "Wildberries" internet mağazasının sahibi və təsisçisi Tatyana Bakalçuk Rusiyanın ikinci milyarder qadını olub.
Rusiyanın ikinci milyarder qadını məlum oldu
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb. Bakalçukun sərvəti 1 milyard dollardır. Ötən il Bakalçuk 600 milyon dollarlıq sərvəti ilə Rusiyanın varlıları siyahısına düşmüşdü. Onun internet mağazası 2019-cu ildə ən bahalı şirkətlər siyahısında 4-cü yerdə qərarlaşmışdı.
“Forbes”in dollar milyarderi adlandırdığı ilk qadın isə Yelena Baturina olub. 2018-ci ildə onun sərvəti 1,2 milyard dollar olub.