HADİSƏ

Metroda azyaşlı qıza hücum edən şəxs yaxalanıb

Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib
Sputnik

BAKI, 21 fevral — Sputnik. İctimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 19-da saat 13 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa cəhd göstərən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Metroda azyaşlı qıza hücum edən şəxs yaxalanıb

Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib. “Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.