BAKI, 19 fevral — Sputnik. Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) fəhləsi iş zamanı hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
Sputnik Azərbaycan ”Report”a istinadla xəbər verir ki, hadisə Mingəçevir şəhərində yerləşən İES-də iş zamanı baş verib.
Belə ki, İES-in fəhləsi, Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nihat Barat oğlu Mirzəyev ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatı edilib. Amma həkimlərin səylərinə baxmayaraq, iş zamanı hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alan fəhlənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.