İDMAN

İdmançılarımız vətənə əlidolu qayıtdılar

Yarışın ilk günü Nicat Məmmədli qızıl, Mətin Rzazadə bürünc medala layiq görülüb
Sputnik

BAKI, 18 fevral — Sputnik. İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku turnirinə yekun vurulub. Cüdo Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan cüdoçuları beynəlxalq yarışın son günü də uğurla çıxış ediblər.

Yeniyetmə idmançılarımız 1 gümüş və 1 bürünc medal qazanıblar. 73 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov yalnız finalda uduzaraq Avropa kuboku yarışının gümüş medalına sahib olub. +90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hüseyn Məmmədov yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub.

Qeyd edək ki, Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq turnirdə 8 idmançı təmsil edib və cüdoçularımızdan 4-ü medal qazanıb. Yarışın ilk günü Nicat Məmmədli qızıl, Mətin Rzazadə bürünc medala layiq görülüb.