İDMAN

“Brilyant oğlan”da bu dəfə bürünc medal

Beşqat dünya və onbirqat Avropa çempionumuz Rafael Ağayev (-75 kq) bürünc medal uğrunda görüşdə fransalı Loqan da Kostanı 3:0 məğlub edib
Sputnik

BAKI, 17 fevral – Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən karate üzrə Premyer Liqa turnirinin son yarış günü keçirilir.

Karate milli yığması əsas məqsədini açıqladı

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Azərbaycan karateçiləri dörd medal uğrunda mübarizəyə çıxıb.

Beşqat dünya və onbirqat Avropa çempionumuz Rafael Ağayev (-75 kq) bürünc medal uğrunda görüşdə fransalı Loqan da Kostanı 3:0 məğlub edib. Bununla da o növbəti dəfə Bakıya əliboş gəlməyəcək.

Turqut Həsənov (-84 kq) isə eyni uğuru təkrarlaya bilməyib. O, üçüncü yer uğrunda görüşdə iranlı Zəbulla Purşaba 0:1 uduzub.

Qeyd edək ki, bu gün dünya çempionumuz İrina Zaretskaya (-68 kq) qızıl medal uğrunda final görüşünə çıxacaq. Ukraynalı legionerimiz misirli Fəryal Abdeləzizlə qarşılaşacaq. Bundan başqa, kata millimiz bürünc medal uğrunda görüşə çıxacaq.