BAKI, 14 fevral — Sputnik. Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Əsgər Eyvazovun köməkçiləri müəyyənləşib.
Sputnik Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Ə.Eyvazov Əli İsmayılov və Şahin İmranovla birgə çalışacaq.
Ə.İsmayılov sabiq baş məşqçi Vaqif Şirinovun vaxtından bu komandada olub. O, bu vəzifədə Etibar Abdullayevi əvəzləyib.
Qeyd edək ki, E.Abdullayev işini V.Şirinovla birgə əsas yığmada davam etdirir.