CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramil Usubov rəisləri dəyişdi - TƏYİNATLAR

Binəqədi Rayon Polis İdarəsinə də yeni rəis müavini təyin edilib
Sputnik

BAKI, 13 fevral — Sputnik. Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri olub.

Sputnik Azərbaycan oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev vəzifəsindən azad edilib. 

Nazir Ramil Usubov ölkədə baş verən cinayət hadisələrindən danışıb

O, Yevlax rayon Polis İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Balakən rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov vəzifəsindən azad edilərək Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Binəqədi Rayon Polis İdarəsinə də yeni rəis müavini təyin edilib.

Bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə polis polkovnik-leytenantı Vəfalı Həsənəliyev təyinat alıb.

O, yeni təyinatadək Nəsimi rayon Polis İdarəsində Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Vəfalı Həsənəliyev cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində  fərqləndiyinə görə 2015-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə  “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Emin Həsənov yerinə yetirib.

O, Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin edilib.