Cəsədi tapdığına görə itə 1000 dollar verildi

Ruki və onun təlimçisi kinoloq Eylin Kastro yerli yəhudi cəmiyyəti tərəfindən 1,3 min dollar məbləğində mükafatlandırılıb
Sputnik

BAKI, 13 fevral — Sputnik. Argentinada İsraildən olan və itkin düşmüş turistin cəsədini tapan itə 1000 dollardan çox vəsait verilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, həmin vəsait kinoloji klublardan birinə veriləcək.

Məlumata görə, 54 yaşlı mikrobiologiya professoru Lili Pereq və onun bacısı 63 yaşlı Piriya Sarusi yanvar ayında itkin düşüblər. Qohumları qadınlarla əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət ediblər. Qadınların axtarışına başlanılsa da, heç bir nəticə olmayıb. Bu zaman köməyə Ruki adlı alman ovçarkası çatıb. Heyvana itmiş turistlərin qalıqlarını tapmaq üçün bir neçə saat lazım olub.

İranda küçədə itlə gəzmək qadağan olundu

Onların Mendoza əyalətində Sarusinin oğlu Gil Pereqin evində inşaat dağıntılarının altında basdırıldığı müəyyən edilib.

Ötən həftənin sonunda Ruki və onun təlimçisi kinoloq Eylin Kastro yerli yəhudi cəmiyyəti tərəfindən 1,3 min dollar məbləğində mükafatlandırılıb. Bununla yanaşı Kastro ayrıca olaraq da pul ilə mükafatlandırılıb. Bu qərarı ölən bacıların qohumları verib.

Onların cəsədi fevralın əvvəllərində vətənlərinə aparılıb. Gil Pereq isə öz anası və xalasını öldürdüyünə görə azadlıqdan məhrum edilib.