Qonşu ölkədə 1112 nəfər həbs olundu

Fevralın 5-i Türkiyənin İzmir, Konya, Kocaeli və Bursa şəhərlərində FETÖ (Fətullahçı Terror Təşkilatı) şəbəkəsinə qarşı növbəti əməliyyat keçirilib
Sputnik

BAKI, 12 fevral — Sputnik. Türkiyədə FETÖ araşdırması nəticəsində 76 vilayətdə əməliyyat keçirilib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir. 

FETÖ-nun Azərbaycan üzrə məsul şəxsi Türkiyəyə təhvil verilib

Məlumata əsasən, ümumilikdə, 1112 şübhəli şəxs haqqında həbs qərarı verib.

Əməliyyat 2010-cu ildə polis rəisi köməkçiləri vəzifəsinə keçirilən sınaqlara müdaxilə edilən şəxslərə qarşı yönəlib.

Xatırladaq ki, fevralın 5-i Türkiyənin İzmir, Konya, Kocaeli və Bursa şəhərlərində FETÖ (Fətullahçı Terror Təşkilatı) şəbəkəsinə qarşı növbəti əməliyyat keçirilib. Əməliyyat zamanı 50-dən çoxu hərbçi olmaqla, ümumilikdə, 132 nəfər tutulub.

Əməliyyatın hədəfi Türk Silahlı Qüvvələri daxilinə sızmış şəbəkə üzvlərini zərərsizləşdirmək olub. Saxlanılan hərbçilər arasında zabitlər, çavuşlar və sıravi əsgərlər var.