CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə qiymət artımına etiraz: Hər dəfə bir bəhanə gətirirlər

Əli Məsimli: "Cənab Prezident özü süni qiymət artımına qarşı mübarizə aparmaq üçün tapşırıqlar verib"
Sputnik

BAKI, 12 fevral - Sputnik. Prezident seçkilərindən sonra Azərbaycanda struktur islahatlarının yeni mərhələsi başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib.

Ekspert avtomobil bazarındakı qiymət artımının səbəblərini açıqladı

Deputat bildirib ki, aparılan islahatlar xalq tərəfindən dəstəklənir. O, dövlət başçısının minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı sərəncamını da dəstəkləyib.

Ə.Məsimli ölkədəki qiymət artımından da danışıb: "Cənab Prezidentin sərəncamı təqdirəlayiqdir. Amma çox təəssüflər olsun ki, biz süni qiymət artımına rast gəlirik".

"Cənab Prezident özü isə süni qiymət artımına qarşı mübarizə aparmaq üçün tapşırıqlar verib. Bəzi sahibkarlar bayramları, Novruz bayramını bəhanə gətirərək, qiymətləri qaldırırlar" - deyə millət vəkili vurğulayıb.