CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər şey gözəllik naminə: Dünyanın ən yaxşı donu Bakıda seçildi

Ötən həftəsonu Bakıda daha bir maraqlı beynəlxalq çempionat keçirilib. Dünya modelyerləri “Dress of the World” (Dünya donu) titulu üzərində yarış-dəfilədə mübarizə aparıblar.
Sputnik

Təqdim edilən donların çoxu əl işi olub. Bəzilərinin ərsəyə gətirilməsinə aylar, yuxusuz gecələr sərf edilib. Amma dizaynerlərin işi hədər getməyib. 

Gözəllik ondur... Bakıda toy makiyajı və saç düzümü üzrə dünya çempionatı keçirilib
Çünki ortaya qoyulan dəfilə olduqca rəngarəng və yaddaqalan alınıb.

“Dress of the World” nominasiyasının qalibi isə rumıniyalı modelyer Larisa Ana İvan olub.

Defilenin ikinci hissəsi toy obrazlarına həsr edilib. Bəzi iştirakçılar öz milli geyimlərini nümayiş etdirib, bəziləri isə, tamamilə, qeyri-ənənəvi gəlin obrazı yaratmağa çalışıblar. Münsiflər heyətinin fikrincə, bu işin öhdəsindən ən yaxşı Moldova komandası gəlib.

Qeyd edək ki, Çempionatın təşkilatçısı Dünya Gözəllik Konqresi (World Beauty Congress) olub.