BAKI, 8 fevral — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti nazirliyə yeni təyinatların olması ilə bağlı xəbər yayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə Aynur Osmanqızı, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə isə Gülnar Əzizova təyin ediliblər.
Qeyd edək ki, hazırkı vəzifəsinə qədər A.Osmanqızı "REPORT" İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında "Xəbər" proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib.