MƏDƏNİYYƏT

Türkiyənin tanınmış siması dünyasını dəyişdi

O, dünən axşam saatlarında vəfat edib
Sputnik

BAKI, 8 fevral — Sputnik. Türkiyənin tanınmış aktyoru Yalçın Menteş dünyasını dəyişib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, şəkərli diabet xəstəliyindən və ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

2013-cü ildə aktyorun bir ayağı amputasiya olunub. Bir müddət "Göztəpə" klinikasında müalicə alan sənətkarın səhhətində yaranan problemlər get-gedə ağırlaşıb. Aktyor dünən axşam saatlarında vəfat edib.

Qeyd edək ki, Yalçın Menteş 1960-cı ildə İzmirdə anadan olub. O, "Tatlı Kaçıklar" serialındakı rolu ilə tanınıb.