SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan önəmli toplantıya ev sahibliyi edəcək

Bakıda Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə ilk iclas keçiriləcək
Sputnik

BAKI, 8 fevral — Sputnik. Məlum olduğu kimi, 2018-ci il 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya" imzalanıb və Beşinci Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilib.

Moskva Xəzər regionuna dair strategiyasını açıqladı

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup yaradılıb.

Azərbaycan tərəfi 19-20 fevral 2019-cu il tarixlərində Bakı şəhərində adıçəkilən İşçi Qrupun Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək birinci iclasına ev sahibliyi edəcək. İclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər üzrə, eləcə də Aktau şəhərində baş tutmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısının nəticələrinə dair müzakirələrin aparılması nəzərdə tutulur.

İclasda ölkəmiz Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasınınsəlahiyyətli nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.