İŞİD-in yenidən güclənə biləcəyinə Trampın reaksiyası

Tramp tezliklə bütün İŞİD ərazilərinin ələ keçiriləcəyini bəyan etdi
Sputnik

BAKI, 7 fevral — Sputnik. Ötən il ABŞ prezidenti Donald Trampın qoşunlarını Suriya və İraqdan geri çəkəcəyi ilə bağlı verdiyi qərar demokratlar və respublikaçı hüquqşünaslar tərəfindən birmənalı qarşılanmayıb. 

Suriyadan çıxarılacaq ABŞ ordusu üçün gözlənilməz marşrut

Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, bir çox hüquqşünaslar Trampın ordusunu bu ərazilərdən çəkəcəyi halda İŞİD-in yenidən orada güclənəcəyini bildiriblər.

Tramp isə buna cavab olaraq bəyanat yayıb: "Artıq ərazilər onların əllərindən çıxıb. Bu, çox böyük bir faktordur".

Tramp Suriya və İraqdan çəkilmə ilə bağlı qərarının dəyişilməyəcəyini də bildirib: "ABŞ, partnyorları və Suriyanın demokratik qüvvələri ilə birgə bu müddətdə biz əraizləri İŞİD-dən azad edə bildik. Böyük ehtimalla, gələn həftə xəlifəliyə tam sahib ola bildiyimizi açıqlayacağıq. Hazırda isə biz artıq Suriya və İraqda vuruşmuş əsgərlərimizi dogma evlərində qarşılamağa hazırlaşırıq" – deyə prezident bəyan edib.

Amerikanın dövlət katibi Mayk Pompeo isə bəytan edib ki, ordunun Suriyadan çəkilməsi heç də ABŞ-ın döyüşünün sonu kimi qiymətləndirilməməlidir.