BAKI, 5 fevral – Sputnik. Bu gün Bakıda “Sponsorluq imkanları və iqtisadi fürsətlər” adlı forum keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Azərbaycan Amerika Ticarət Palatasının icraçı direktoru Natavan Məmmədova, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov çıxış ediblər.
Florian Zenqstşmid bildirib ki, məqsəd Azərbaycanı turizm ölkəsinə çevirməkdir: “Günü-gündən aparılan işlər də məhz bunun üçündür. Bütün dünya ölkələrindən Azərbaycana turizm cəlb etməyə çalışırıq. Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrlə də turizm əlaqələri qururuq”.
Arif Rəhimov isə qeyd edib ki, məqsəd yerli brendləri də əlçatan etməkdir: “Artıq biz öz brendlərimizi də sponsor kimi “Formula 1” yarışına cəlb edə biləcəyik”.