BAKI, 5 fevral — Sputnik. Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı qəbul olunan qərarlarla bağlı yazılı açıqlama verib. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, açıqlamada Aİ-nin İranın nüvə müqaviləsinə dəstəyinin davam etdiyi bildirilir.
Habelə, Tehran rəhbərliyinin müqavilənin öhdəliklərini yerinə yetirdiyi, ABŞ-ın müqavilədən çıxmasından üzüntü duyulduğu qeyd edilib.
Bununla yanaşı, Aİ Şurası İranın Livan və Suriya kimi ölkələrdə silahlı birləşmələrə verdiyi hərbi, maliyyə və siyasi dəstəkdən narahatlığını ifadə edib. Vurğulanıb ki, Aİ Şurası İranın ballistik raket fəaliyyətlərindən dərin narahatlıq hissi keçirir. Və İrana bu məsələdə BMT Təhlükəsizlik Şurasının qərarlarına tabe olmaq çağırışı edilib.
Açıqlamada Aİ-nin İranın bəzi üzv ölkələrdəki düşmən fəaliyyətindən də narahatlıq duyulduğu qeyd edilib.