BAKI, 5 fevral - Sputnik. Bu gün Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Nazir qeyd edib ki, yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub.
Daha sonra tərəflər arasında rəsmi müqavilə bağlanılıb. Müqaviləyə A.Rəhimovla "Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeyz Kerri imza atıb.
Qeyd edək ki, bundan öncəki müqavilənin müddəti 2020-ci ilədək idi.