İDMAN

Boksçularımızı sınaq gözləyir

Rəqiblər Polşa, ev sahiblərinin 19-22 yaşlılardan ibarət komandası və Qafqaz ölkələrinin yığması olacaq
Sputnik

BAKI, 4 fevral — Sputnik. Kişi boksçulardan ibarət Azərbaycan yığması Rusiyaya yollanıb. Vaqif Şirinovun rəhbərlik etdiyi milli komanda Nalçik şəhərində yoxlama görüşləri keçirəcək. Sputnik Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, boksçularımız 3 qarşılaşmada qüvvəsini sınayacaq.

Bu döyüşlər fevralın 5-6-na təsadüf edəcək. Rəqiblər Polşa, ev sahiblərinin 19-22 yaşlılardan ibarət komandası və Qafqaz ölkələrinin yığması olacaq.

Məşqçilər korpusu yoxlama döyüşlərində Yadigar Əliyev (49 kq), Elvin Məmişzadə (52 kq), Əflatun Babayev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov, Nəbi İsgəndərov (hər ikisi 64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov, Pedro Alfonso (hər ikisi 81 kq), Rövşən Yaqubzadə (91 kq) və Sadiq Səmədova (+91 kq) şans verəcək.

Qeyd edək ki, Komandamız fevralın 7-də Vətənə qayıdacaq.