BAKI, 4 fevral — Sputnik. Daxili işlər orqanlarında 2 gün ərzində 44 cinayətin üstü "isti izlər"lə açılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah- sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.