Kiprdən hamını çox üzən pis xəbər gəldi

Onu vəsiyyətinə uyğun olaraq 34 yaşında dünyasını dəyişən oğlu Raifin yanında dəfn edəcəklər
Sputnik

BAKI, 2 fevral — Sputnik. Şimali Kipr Türk Cümhuriyyətinin keçmiş rəhbəri Rauf Denktaşın həyat yoldaşı dünyasını dəyişib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aydın Denktaş bir müddət tənəffüs çatışmazlığından müalicə olunub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Aydın Denktaş bu gün səhər saat 08:20-də 86 yaşında vəfat edib.

Kiprdən hamını çox üzən pis xəbər gəldi

Aydın Denktaş bazar ertəsi dəfn ediləcək. Onu vəsiyyətinə uyğun olaraq, 34 yaşında dünyasını dəyişən oğlu Raifin yanında dəfn edəcəklər.

Aydın Denktaşın qızı Endər Denktaş Vangöl sosial mediada belə yazıb: “Anamız atamıza qovuşdu. Bir çinarımızı da belə itirdik”.

Kiprdən hamını çox üzən pis xəbər gəldi

Qeyd edək ki, Aydın Denktaş Rauf Denktaş ilə 16 yaşı olan zaman ailə qurub və 63 il ailəli olub. Rauf Denktaş 2012-ci ildə vəfat edib.