SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Babayan "separatçı rejimin həyata keçirdiyi hidro-terror" monoqrafiyasını təqdim etsin

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev açıqlama ilə çıxış edib
Sputnik

BAKI, 1 fevral — Sputnik. "Biz, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin "başçısının" qondarma "mətbuat katibi" kimi təqdim edən David Babayanın əvvəllər də ölkəmizə qarşı iftira xarakterli fikirlər səsləndirdiyinin şahidi olmuşuq və növbəti dəfə o, "hidro-terror" mövzusunda cəfəng fikirləri ilə "fərqlənib". Babayanın münaqişə nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz separatçı rejimin törətdiyi ekoloji cinayətləri unudaraq, hazırda davam edən vəziyyətə görə məxsus olduğu rejimin daşıdığı məsuliyyəti ört-basdır etməsi və kənarda "təqsirkar" axtarışı gülüncdür. Bu səbəbdən, Babayanın yaddaşını təzələmək və onun diqqətinə aşağıdakıları çatdırmaq istərdim". Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin mətbuata göndərdiyi açıqlamada belə deyilir.

Rusiya XİN-dən Dağlıq Qarabağla bağlı mühüm bəyanat

"2015-ci ilin noyabr ayında AŞPA çərçivəsində "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı qətnamə qəbul edilib. AŞPA Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan təfərindən işğalının həmin ərazilərdə yaşayan əhali üçün humanitar və ekoloji problemlər yaratdığını qınayıb.

Qətnamədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarında keçən dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması səbəbindən bütün ətraf ərazilər üçün təhlükə yarandığı qeyd olunub. Sərsəng su anbarının baxımsız vəziyyətdə qalmasının çoxsaylı insan tələfatı və böyük fəlakətə gətirib çıxara biləcəyi vurğulanıb. Qətnamə həmçinin Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistanın su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edib" - açıqlanada bildirilir.

Gəncəliyev qeyd edir ki, hazırda Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması və keçən müddətdə təmir edilməməsi ucbatından Azərbaycanın 7 rayonunun 400.000 nəfərlik əhalisinin həyatı ciddi təhlükə altındadır: "Sərsəng su anbarı 120 min hektar torpaq sahəsinin suvarılması üçün layihələndirilmişdi və işğal buna mane oldu. Həmçinin vurğulamaq istərdim ki, erməni tərəfi suya ehtiyac olduğu vaxtda, yay aylarında bəndi bağlamaqla və lazımsız vaxtlarda suyu açıb buraxmaqla torpaqlarımıza ciddi ziyan vurmaqda davam edir. Bu da məhz hidro-terrorun Azərbaycana qarşı aparıldığının bariz nümunəsidir.

Dağlıq Qarabağın Azərbaycanlı İcması etiraz məktubu göndərib

Babayana onu da xatırlatmaq istərdim ki, ermənilərin hərbi yolla işğal etdikləri Azərbaycan ərazilərində kənd təsərrufatı ücün əhəmiyyət kəsb edən Sərsəng su anbarından başqa ümumi tutumu 80 milyon kub metr olan digər su anbarları da qalmışdır. Bunların sırasında 1964-cü ildə tikilən Xaçincay su anbarı, 1965-ci ildə tikilən Qanlı Göl su anbarı, 1977-ci ildə tikilən Arpaçay su anbarı, 1962-ci ildə tikilən Ağdamkənd su anbarı və 160-dan cox su deposu da vardır ki, onlar da real təhlükə mənbəyinə çevrilib".

Onun sözlərinə görə, qeyd edilən faklardan istifadə etməklə Babayan "separatçı rejimin həyata keçirdiyi hidro-terror" mövzusunda monoqrafiya təqdim etsəydi, daha tutarlı görünərdi.

"Ermənistanın Azərbaycana qarşı hərbi işğalı başa çatdıqdan sonra regionun zəngin su resursları Azərbaycanın sərhədləri daxilində bölgədə sülh şəraitində yaşayacaq erməni və azərbaycanlı icmaları tərəfindən birgə istifadə olunaraq, kənd-təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafına xidmət göstərə bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə dialoq çərçivəsində su resurslarının gələcək effektiv istifadəsi kimi məsələləri də müzakirə etməyə hazırıq" - Gəncəliyev bəyan edib.