HADİSƏ

Tbilisidə 7 nəfər dəm qazından zəhərləndi

Zəhərlənənlər bir otaqda yaşayıblar və qohumdurlar
Sputnik

 

BAKI, 31 yanvar — Sputnik. Gürcüstan paytaxtı Tbilisidə mənzillərdən birində qaz sızması baş verib. Sputnik Gürcüstan xəbər verir ki, Ketevan Tsamebuli prospektində yerləşən binalarından birində baş verən qaz sızması nəticəsində 7 nəfər ölüb.

Faktı Gürcüstan DİN də təsdiqləyib. Zəhərlənənlər bir otaqda yaşayıblar və qohumdurlar.

Tbilisidə 7 nəfər dəm qazından zəhərləndi

Hadisə şahidlərinin sözlərinə görə, ölən şəxslər həmin mənzildə kirayədə qalıblar və tikintidə işləyiblər.

Hazırda ölənlərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlər aparılır.