SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Maduro ABŞ-ın ölkəsindəki əsl hədəfini açıqladı

Onlar Simon Bolivar ideyasını, ruhunu məhv etmək istəyir
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın bu ölkədəki əsas hədəfini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

“Venesuela hadisələri neft və qızıl bazarına da təsir edəcək”

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Venesuela neftini ələ keçirmək niyyətindədir: "Bizim proqnozlarımıza görə, ölkəmiz qızıl ehtiyatlarına görə dünyada birinci yerdə olacaq. Qaz ehtiyatlarına görə biz dördüncüyük. Bizdə böyük miqdarda almaz, içməli su, alüminium, dəmir ehtiyatları var", - deyə Maduro qeyd edib.

İkinci səbəb kimi o, ideologiyanı göstərib: "Onlar Simon Bolivar ideyasını, ruhunu məhv etmək istəyirlər".

Nikolas Maduro, həmçinin bəyan edib ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Donald Trampa Venesuela hökuməti ilə əlaqələr qurmağı qadağan edib.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.