İDMAN

Həbib Nurməhəmmədova sərt cəza kəsildi

Onun 9 ay müddətinə idman yarışlarında iştirakına qadağa qoyulub
Sputnik

BAKI, 30 yanvar — Sputnik. UFC idman növü üzrə dünya çempionu Həbib Nurməhəmmədov yüksək məbləğdə cərimə olunub, həmçinin onun 9 ay müddətinə idman yarışlarında iştirakına qadağa qoyulub. 

İdman şərhçisi: “Artıq Həbib Nurməhəmmədov dönəminin başladığını demək olar”

Sputnik AzərbaycanMMAfighting-ə istinadən xəbər verir ki, buna səbəb ötən il oktyabr ayının 6-da Las-Veqasda keçirilən UFC 229 turnirində irlandiyalı idmançı Konor Makqreqorla döyüş zaman, həmçinin döyüşdən sonra baş verən dava olub.

Həbib Nurməhəmmədov rəqibini vurduğu üçün 9 ay müddətinə idman yarışlarında iştirakına qadağan edilib. O, eyni zamanda 500 min dollar məbləğində cərimə də ödəməli olacaq.

Eyni zamanda döyüşdən sonra zalda baş verən davaya görə idmançı Konor Makqreqora də cərimə kəsilib. Belə ki, idmançı 6 ay müddətinə rinqə çıxa bilməyəcək. O, həm də 50 min dollar məbləğində cərimə edilib.