İDMAN

Şahmatda bir dövr qapandı

Son zamanlar motivasiyasını itirməyə başlayıb.
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Şahmat üzrə 14-cü dünya çempionu 43 yaşlı rusiyalı şahmatçı Vladimir Kramnik professional karyerasını başa çatdırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şahmat üzrə prestijli turnir hesab olunan "Tata Steel Chess Tournament"-in yaydığı məlumatda bildirilir.

Kramnik özü isə bildirib ki, o bu barədə qərarı hələ bir neçə ay əvvəl verib və hazırda özünün son turnirini bitirdikdən sonra bu qərarı ictimaiyyətə təqdim edib: "Professional şahmatçının həyatı mənim üçün böyük bir səyahət idi və mən mənə verdikləri hər şeyə görə şahmata minnətdaram".

O, həmçinin vurğulayıb ki, son zamanlar motivasiyasını itirməyə başlayıb.

Yanvar ayında keçirilən son turnirində - "Tata Steel Chess Tournament"də Kramnik 14-cü yeri tutub.

Rusiyalı şahmatçı 2000-2006-cı ildə "klassik şahmat" üzrə dünya çempionu, şahmat üzrə 14-cü dünya çempionudur və dünya kubokunun (2013) sahibidir.