BMT Camal Qaşıqçı olayı ilə bağlı çağırış etdi

Aqnes Kallamard Camal Qaşıqçı olayı ilə bağlı aparılan istintaq işlərini nəzarətdə saxlayacaq
Sputnik

BAKI, 29 yanvar — Sputnik. BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik Camal Qaşıqçı olayı ilə bağlı çağırış edib. Sputnik Azərbaycan  bu barədə Türkiyə mediasına istinadən xəbər verir. 

Qaşıqçı işi üzrə məhkəmə başladı, 5 nəfərin edam olunması istənildi

Stefan Düjarrik Türkiyəyə səfər edən BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamard ilə işbirliyi qurulması üçün çağırış edib.

Dujarrik isə İstanbulda təşkil olunan brifinqdə "üzv ölkələri insan haqları mexanizmi ilə birgə işbirliyinə dəvət edirik" – deyə təklif irəli sürüb.

Qeyd edək ki, fevralın 2-sinədək Türkiyədə səfərdə olacaq Aqnes Kallamard bundan sonra Camal Qaşıqçı olayı ilə bağlı aparılan istintaq işlərini nəzarətində saxlayacaq.

Kallamard BMT-nin İnsan Haqları Konvensiyasının iyun ayındakı yığınacağında isə əldə etdiyi bu məlumatları hesabat şəkilində təqdim edəcək.