Braziliyada ölən və itkinlərin sayı 350 nəfəri keçdi

Hadisə nəticəsində 305 nəfərin də itkin düşdüyü bildirilir
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Braziliyanın şərqində bəndin uçması nəticəsində ölənlərin sayı 60-ə çatıb. Sputnik AzərbaycanRİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 292 nəfərin də itkin düşdüyü bildirilir.

Braziliyanın cənub-şərqində yerləşən Minas-Jerays ştatında metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bənd cümə günü uçub.

Hadisə yerində xilasetmə işləri davam etdirilir. İnsident nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.