HADİSƏ

Türkiyədə ağır qəza oldu, çoxlu sayda ölən var

Ankarada avtomobil qəzası nəticəsində 6 nəfər ölüb
Sputnik

BAKI, 27 yanvar - Sputnik. Ankara şəhərinin Çayırhan məhəlləsi yaxınlığında 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, mikroavtobusun sürücüsü nasazlıq səbəbindən idarəetməni itirib. Nəticədə mikroavtobus yol kənarındakı ağır texnikaya çırpılıb. Hadisə nəticəsində 6 nəfər həlak olub.