BAKI, 25 yanvar — Sputnik. Ermənistanda əvvəlki hökumətin vaxtında 9 il ərzində ölkədən 10 milyard dollar dəyərində aktivlər çıxarılıb. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bu barədə "Transparency International" təşkilatının anti-korrupsiya məsələləri üzrə eksperti Xaçik Arutyunyan açıqlama verib.
Onun sözlərinə görə, aktivlər 2004-2013-cü illərdə çıxarılıb və bununla effektiv mübarizə üçün, həmçinin ölkədən çıxarılan resursların geri qaytarılması üçün struktur islahatları keçirilməli və yalnız korrupsiya işləri ilə məşğul olmalı olan ixtisaslaşmış istintaq orqanı yaradılmalıdır.
"Hüquq-mühafizə orqanları və məhkəmələrin işində şəffaflığa nail olmaq lazımdır. İctimaiyyət və hökumət real göstəriciləri nəzərə almaqla bu və ya digər orqanın necə işləməsi barədə təsəvvürü olmalıdır" - deyə Arutyunyan bildirib.