CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitədə 366 vətəndaş qəbul edilib

Ötən sessiyada komitəyə 648 sənəd daxil olub və bunun 579-u ərizə və şikayətlər olub
Sputnik

BAKI, 24 yanvar - Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Hadi Rəcəbli 2018-ci il payız sessiyası dövründə komitənin gördüyü işlərdən danışıb. 

Ombudsman Milli Məclisdə mühüm məsələ qaldırıb: Təcili qanun qəbul olunmalıdır

O bildirib ki, ötən sessiyada komitədə 45 məsələ müzakirə edilib və 21 qanun layihəsi parlamentə tövsiyə edilib. Bu qanun layihələri əhalinin sosial müdafiəsinin güclənməsinə yönəlib.

Ötən sessiyada komitəyə 648 sənəd daxil olub və bunun 579-unu ərizə və şikayətlər təşkil edib. Ərizə və şikayətlərin də böyük qismi ünvanlı sosial yardım istəyi ilə, 135 ərizə isə pensiyalarla bağlı olub.

H.Rəcəblinin sözlərinə görə, sessiya dövründə 366 vətəndaş komitədə qəbul edilib.

İclasda Əmək, Cəzaların İcrası məcəllələrində, "Sosial sığorta haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında" və digər qanun layihələrinə baxılacaq.