İDMAN

Yerli pəhləvanlar üçün sınaq yarışları olacaq

Bu yarışda paytaxtın gənc güləşçiləri də qüvvələrini sınayacaqlar.
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Yanvarın son 10 günündə yeniyetmələr arasında zona birincilikləri keçiriləcək. 

Sputnik Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralda təşkil olunacaq Azərbaycan çempionatına seçim xarakteri daşıyan yarışlar beş məkanda baş tutacaq. Belə ki, yanvarın 22-23-də Sabirabadda, yanvarın 24-25-də Sumqayıtda, yanvarın 26-27-də Yevlaxda, yanvarın 29-30-da isə Gəncədə yeniyetmələrin mübarizəsi keçiriləcək. Bakı çempionatı isə yanvarın 22-dən 26-dək davam edəcək.

Bu yarışda paytaxtın gənc güləşçiləri də qüvvələrini sınayacaqlar.