Məşhur cütlüyün boşanma xəbərlərinə aydınlıq gətirilib

Viktoriya Bekam: "Bu maraq mənim bəzən lehimə, bəzən isə əleyhimə işləyir"
Sputnik

BAKI, 22 yanvar — Sputnik. Dünyanın ən məşhur cütlüklərindən olan Viktoriya Bekhem və Devid Bekhem haqqında şayələr dolaşır. Belə ki, 19 ildir evli olan məşhurlar, nəhayət, bu dedi-qoduya açıqlama gətiriblər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Viktoriya Bekhem açıqlamasında bu xəbərlərdən stress keçirdiyini deyib: "Bəzən bu xəbərlər məni əsəbləşdirir, bəzən isə fikir verməməyə çalışıram".

"İnsanlar mənim özəl həyatımı bilmək istəyirlər. Bu maraq mənim bəzən lehimə, bəzən isə əleyhimə işləyir. Çalışıram, motivasiyadan düşməyim" - deyə V.Bekhem vurğulayıb.