SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Vahid Ələkbərovla bir arada

Azərbaycan Prezidenti “LUKoil” prezidenti ilə bəzi məsələləri müzakirə edib
Sputnik

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə “LUKoil” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr və onların icrası ilə bağlı məsələlərdən, əməkdaşlığın perspektivlərindən danışılıb.