Bakıda niyə göz-gözü görmür - Rəsmi açıqlama

Bu günlə yanaşı yanvarın 22-də də mövcud hava şəraiti, yəni duman müşahidə ediləcəyi istisna olunmur
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Hazırda Bakıda və Abşeron yarımadasında duman müşahidə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun direktor əvəzləyicisi Gülşad Məmmədova hadisı ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, dumanın tədricən zəifləyəcəyi gözlənilir.

Bakıda niyə göz-gözü görmür - Rəsmi açıqlama

"Bu günlə yanaşı yanvarın 22-də də mövcud hava şəraiti, yəni duman müşahidə ediləcəyi istisna olunmur" - deyə o bildirib.

"Gecə və səhər saatlaırnda hava temperaturu arasında fərqin olmaması inversiya qatının yaranmasına səbəb olub. Hazırda bununla əlaqədar olaraq paytaxtda duman müşahidə edilir" - G.Məmmədova əlavə edib.

Bakıda niyə göz-gözü görmür - Rəsmi açıqlama

Nazirlikdən verilən məlumatda mövcud hava şəraitinin toz qatı ilə əlaqəli olmadığı vurğulanıb.