CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xərçəng xəstələri niyə intihar edir

Ən çox ağ ciyər, baş, boyun nahiyələrində xərçəng xəstəliyindən əziyyət çəkən xəstələr intihara meyilli olur
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Pensilvaniya universitetinin alimləri maraqlı araşdırma aparıb.

Plastik məmulatlara qarşı diqqətli olun: Xərçəng, infarkt və gen pozğunluğu riski var

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, alimlərin araşdırması nəticəsində məlum olub ki, onkologiya xəstələri sağlam insanlara nisbətən 4 dəfə daha çox intihara meyilli olurlar.

Alimlər 1973-2014-cü illərdə 8.5 milyon xərçəngə tutulmuş insan arasında müşahidə aparıb və məlum olub ki, 13 min xərçəng xəstəsi intihar edib. Bu da ümumi xəstələr arasında 0.15 faizdir və sağlam insanlara baxanda 4 dəfə çoxdur.

Ən çox ağ ciyər, baş, boyun nahiyələrində xərçəng xəstəliyindən əziyyət çəkən xəstələr intihara meyilli olur.

Alimlərin fikrincə, xərçəngin müalicəsi ildən-ilə daha uğurlu olmasına baxmayaraq, xəstələrin zehni sağlamlığına kifayət qədər diqqət yetirilmir.