BAKI, 19 yanvar — Sputnik. Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması zamanı azı 21 nəfər ölüb, daha 71 nəfər yaralanıb.
Sputnik AzərbaycanRİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə region qubernatoru Ömər Fayyada istinadən "Televisa" telekanalı məlumat yayıb.
Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində qanunsuz olaraq deşilən yerdə insanlar yanacaq toplayan zaman baş verib. Hadisə zamanı həmin yerdə 350-yə yaxın adam olub.
Meksika prezidenti Andres Manuel Lopes Obrador yanğın zamanı zərərçəkənlərə zəruri yardımın göstərilməsi barədə tapşırıq verib.