SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya, İran və Azərbaycan üçtərəfli sammit keçirəcək

“Biz belə bir sammit hazırlayırıq və sizi əmin edirəm ki, o baş tutacaq"
Sputnik

BAKI, 17 yanvar — Sputnik. “Rusiya növbəti Rusiya-İran-Azərbaycan üçtərəfli sammitinə ev sahibliyi etməyə hazırlaşır”.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Rusiya-İran-Azərbaycan samitini keçirmək növbəsi bizdədir. Biz belə bir sammit hazırlayırıq və sizi əmin edirəm ki, o baş tutacaq" - deyə Lavrov vurğulayıb.