İDMAN

Tanınmış qapıçı ilin sonu futboldan gedir

O, "Sparta", "Renn", "Çelsi" və "Arsenal" kimi klubların heyətində çıxış edib.
Sputnik

BAKI, 17 yanvar — Sputnik. Londonun "Arsenal" klubunun qapıçısı Petr Çex bu mövsüm karyerasını bitirəcəyini elan edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qapıçı öz "Twitter" səhifəsində yazıb.

"Hazırkı mövsüm – mənim karyeramda 20-cidir. Birinci müqaviləmi imzalamağımdan artıq 20 il ötdü. Hiss edirəm ki, bu mənim mövsümün sonunda karyeramı bitirməyimi elan etmək üçün ən münasib vaxtdır. Mən 15 mövsüm premyer liqada keçirmək və mümkün olan hər şeyi udmaqla istədiyim hər şeyə nail olmuşam" - Çex bildirib.

Qeyd edək ki, Çex milli komandanın heyətində 124 oyunda meydana çıxıb. O, "Sparta", "Renn", "Çelsi" və "Arsenal" kimi klubların heyətində çıxış edib.