CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"iPhone 11"in özəllikləri açıqlandı

"Apple" şirkətinin "iPhone 11" modelinin özəllikləri haqda artıq ABŞ mediasına müəyyən məlumatlar sızıb
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Bu ilin sentyabrında təqdimatı planlaşdırılan "iPhone 11"in bəzi özəllikləri haqda artıq müəyyən məlumatlar yayılıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ötən il 3 modeli ilə gözləntiləri əldə edə bilməyən "Apple" şirkəti bu il də "iPhone"un yeni modeli ilə diqqətlərini üzərinə cəmləməyi planlaşdırır. Məlumata görə, yeni telefon modelinin 3 kamerası var. Yeni modelin həmçinin Wi-Fi-nın daha sürətli olduğu bildirilir.

Yayılan qeyri-rəsmi məlumata görə, şirkət bu il "iPhone SE 2" modelini də təqdim edəcək. Ümumilikdə isə bu il 4 "iPhone" modelli telefonun satışı proqnozlaşdırılır.