İDMAN

Əfsanəvi futbolçu əməliyyat olundu

Məşhur futbolçu qarın boşluğunun yırtığına görə əməliyyat olunub
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Futbolun canlı əfsanəsi Dieqo Maradona əməliyyat olunub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur futbolçu qarın boşluğunun yırtığına görə əməliyyat olunub. 

Dieqo Maradonanın vəkili Matias Morla bu barədə “Twitter”səhifəsində yazıb.

O bildirib ki, ulduz futbolçunun əməliyyatı uğurla həyata keçirilib: “Maradonanın əməliyyatı bitdi. Heç bir problem yoxdur. Onun yenidən işləməsi üçün tam sağalmasını gözləyirik. Bir neçə gün də xəstəxanada qalacaq”.

Qeyd edək ki, Maradona 2015-ci ildə mədəkiçiltmə əməliyyatı keçirib. Məhz bundan sonra 4 yanvarda futbol ustadının mədəsində qanaxma baş veriv və o, yenidən əməliyyat olunub.