CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyyə olunur
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Sumqayıt şəhərinin girəcəyindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolun üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri ilə bağlı sabah sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq”.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Sürücülər alternativ olaraq Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə edə bilərlər.