BAKI, 13 yanvar - Sputnik. ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla ikinci görüşün Vyetnamda keçirilməsini təklif edib.
Report-un məlumatına görə, Ağ Ev rəhbəri görüşün fevralın ortalarında keçirilməsini təklif edib. Agentliyin məlumatına görə, hazırda Şimali Koreya ABŞ-ın təklifini nəzərdən keçirir. Qeyd edilir ki, KXDR hələ ABŞ-ın təklifinə rəsmi şəkildə cavab verməyib.
Daha əvvəl məlum olub ki, Koreya Xalq Demokratik Respublikası və ABŞ liderlərinin görüşü yaxın vaxtlarda olacaq.