BAKI, 10 yanvar — Sputnik. ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Suriyadan çəkilməklə bağlı Donald Trampın qərarını açıqlayıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Pompeo İraq səfərində jurnalistlərə verdiyi açıqlamada bu haqda danışıb.
O bildirib ki, Donald Trampın ABŞ ordusunun Suriyadan çəkilməsi ilə bağlı verdiyi qərar qətidir.
"Türkiyənin terroristlərə qarşı apardığı mübarizəni görürük. Bu mənada biz də Türkiyəni dəstəkləyirik" – deyə Pompeo əlavə edib.
Nazir bir sıra qüvvələr tərəfindən Türkiyənin terrorla təhdid edildiyini və bu mövzuda da rəsmi Ankaraya dəstək olacaqlarını deyib.