QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan və Ermənistan XİN rəhbərlərinə görüş təklif edilib

Mnatsakanyan və Məmmədyarov bu formatda görüşləri davam etdirmək və danışıqların dinamikasını saxlamağa dair razılığa gəlib
Sputnik

BAKI, 9 yanvar — Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan xarici işlər nazirləri – Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarova bu ilin yanvar ayında görüşməyi təklif edib. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.

"Həmsədrlər yanvarda görüş keçirməyi təklif ediblər. Görüş barədə daha ətraflı məlumat razılaşma əldə olunduqdan sonra veriləcək" - deyə Naqdalyan bildirib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin sonuncu görüşü dekabrın 5-i Milanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşüb. Həmin vaxt Mnatsakanyan və Məmmədyarov bu formatda görüşləri davam etdirmək və danışıqların dinamikasını saxlamağa dair razılığa gəlib.